Xəbərlər

Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər

09 sentyabr 2025 - 10:45 29

Estoniyanın paytaxtı Tallin şəhərində “Gimnastika hamı üçün” növü üzrə Avropa Gimnastikasının ənənəvi tədbiri – “4th Educational Long Weekend” keçirilib.

 

Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, tədbirdə 15 ölkədən 33 iştirakçı yer alıb. Ölkəmizi “Gimnastika hamı üçün” növü üzrə məşqçilər Ayna Məmmədova və Alfiya Mantova təmsil ediblər.

 

Təlimlər zamanı müxtəlif Avropa ölkələrindən olan mütəxəssislər “Gimnastika hamı üçün” istiqamətində təcrübə mübadiləsi aparıb, seminar və praktiki məşğələlərdə iştirak ediblər. İştirakçılara bu sahədə yeni metodlar, inklüziv yanaşmalar, həmçinin kütləvi gimnastikanın inkişafı üçün tətbiq edilə biləcək nümunəvi proqramlar təqdim olunub.

 

Tədbir çərçivəsində nümayəndələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də gimnastikanın sağlam həyat tərzi və geniş kütlələr arasında populyarlaşdırılması ilə bağlı müzakirələr aparıblar.

 

Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktiki sessiyalarda fəal iştirak edərək təcrübələrini bölüşüb.

 

Qeyd edək ki, tədbirdə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü, Avropadakı milli nümayəndəmiz Ruslan Eyvazov da iştirak edib.

11 sentyabr 2025

Azərbaycanın iki boksçusu dünya çempionatının yarımfinalında döyüşəcək

11 sentyabr 2025

BOK Milli Olimpiya Komitəsinin əməkdaşının fəaliyyətini yüksək qiymətləndirib

10 sentyabr 2025

Formula 1 Azərbaycan Qran-Prisi zamanı 12 mindən çox

10 sentyabr 2025

Azərbaycan Güləş Federasiyasında baş katib vəzifəsinə yeni təyinat

10 sentyabr 2025

Azərbaycanın çimərlik voleybolu üzrə millisi Avropa çempionatında əsas

10 sentyabr 2025

Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi beynəlxalq yarışa təyinat alıb

10 sentyabr 2025

Azərbaycan millisinin məşqçisi: Gimnastlarımız MDB Oyunlarına yüksək motivasiya

10 sentyabr 2025

Cənubi Afrika hökuməti Formula 1 Qran-Prisinin keçirilməsi üçün

10 sentyabr 2025

Alfonso Dominqes dünya çempionatında yarımfinala vəsiqə qazanıb

09 sentyabr 2025

Dünya çempionatına son hazırlıq: Azərbaycan güləşçilərinin açıq məşqi

09 sentyabr 2025

Monzada “McLaren” mexanikləri mövsümün ən sürətli pit-stopunu həyata

09 sentyabr 2025

Dünya çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

09 sentyabr 2025

Airbadminton üzrə Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanıb

09 sentyabr 2025

Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlığa

09 sentyabr 2025

Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatına yollanıblar