Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq təlimlərə start verir
24 sentyabr 2020 1710
Azərbaycan Milli Olimpiya Komitəsi 2017-ci ildən etibarən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İdman İnzibatçılığı Kurslarını (Sport Administration) həyata keçirdir. Artıq 200-ə yaxın iştirakçının qatıldığı təlimləri Beynəlxalq Olimpiya Komitəsinin sertifikatlaşdırdığı,Azərbaycan üzrə təsdiq olunmuş 4 nəfər milli kurs direktoru aparır.
İdman İnzibatçılığı Kursları idman təşkilatlarının daha effektiv idarə olunması üçün zəruri bilikləri, idman dəyərlərini və prinsiplərini, Olimpiya Hərəkatının əldə etdiyi nailiyyətləri öyrənmək üçün yaxşı imkanlar təqdim edir. Kursun əsas məqsədi idmana həvəsi olan müxtəlif yaş kateqoriyasına aid insanlar arasında idman inzibatçılığı sahəsində biliklərin artırılması və ən vacibi Olimpiya təhsilinin təşviq olunmasıdır. İlk dəfə olaraq bu il İdman İnzibatçılığı Kurslarına (Sport Administration) xarici ekspertlər cəlb olunub. Gürcüstan və Albaniya MOK-nın təlimçilərinin iştirakı ilə baş tutacaq kurs ingilis dilində aparılacaq. Pandemiya ilə əlaqədar olaraq sentyabrın 24-dən oktyabrln 2-dək davam edəcək kurs onlayn formatda baş tutacaq.

Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı
