Azərbaycan millisi Mingəçevirdəki təlim-məşq toplanışını başa vurub
26 noyabr 2024 1142
Üzgüçülük üzrə Azərbaycan millisi Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vurub.
Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 5-dən başlayan təlim-məşq toplanışında 16 üzgüçü və 5 məşqçi iştirak edib.
Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq edib. Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov təlim-məşq toplanışının məqsədinin qarşıdan gələn vacib yarışlara hazırlıq olduğunu bildirib:
“5-24 noyabrda milli tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30 noyabrda Bakı Su İdmanı Sarayında təşkil olunacaq Azərbaycan Açıq Qış çempionatına və ən əsası 18-23 dekabrda Estoniyanın Tartu şəhərində keçiriləcək Estoniya Açıq Qış çempionatına hazırlıqdır. Milli üzvləri Azərbaycan çempionatına yüklü formada çıxacaqlar. Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər. Toplanışda məqsəd həmçinin üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi. Azərbaycanda təşkil olunan yarışlardan sonra 5-18 dekabrda idmançılarımız Estoniya səfərinə hazırlığa başlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik”.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı