Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa çempionatında bürünc medal qazanıb
13 mart 2025 547
Azərbaycan millisi Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında bürünc medal qazanıb.
Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yeri tutub.
Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya kollektivinə 16:14 hesabı ilə qalib gəliblər.
Yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı