Azərbaycan millisinin airbadminton üzrə Bakıda keçiriləcək Avropa çempionatındakı rəqibləri müəyyənləşib
04 sentyabr 2025 - 20:00 531
Azərbaycan millisinin sabah Bakıda startı veriləcək airbadminton üzrə Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Bu barədə federasiyadan məlumat verilib.
Millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə B qrupunda yer alıb.
Komanda ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.
A qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, C qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.
Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.
Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı