Azərbaycan millisinin baş məşqçisi: "İslamiadada qızıl medal qazanacağımızı gözləyirdik"
20 noyabr 2025 - 22:24 422
Azərbaycanın qılıncoynatma millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması gözlənilən olub.
Bunu yığmanın baş məşqçisi Çingiz Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis sablya növündə ən yüksək nəticəni göstərən qadınlardan ibarət komandanın uğurundan danışıb:
"Biz belə bir nəticə gözləyirdik. Baxmayaraq ki, çətin əldə olunan nailiyyət idi. Hakimlərin bizə qarşı olan qərarlarını müzakirə etmək istəməzdim. Lakin bütün bunlara baxmayaraq komandamız "sınmadı". Göstərdik ki, yığmamız güclüdür, qızıl medal qazanmağa potensialımız var. Yarımfinalda Türkiyə, finalda isə Özbəkistan seçmələrinə qalib gəldik. Hər iki qarşılaşma çətin keçdi".
Qeyd edək ki, Azərbaycan sablyaçıları həlledici mərhələdə Özbəkistanı 45:43 hesabı ilə məğlub ediblər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı