Azərbaycan nümayəndə heyəti Kortina-Ampetso şəhərindədir
17 fevral 2026 - 13:08 38
İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunları proqramına daxil olan dağ xizəyi yarışlarını izləmək üçün Azərbaycan nümayəndə heyəti bu yarışların keçirildiyi Kortina-Ampetso şəhərinə gedib.
Şef-de-mission Anar Bağırovun verdiyi məlumata görə, məqsəd dağ xizəyi idman növündə çıxış edən idmançımızın hazırlıq prosesini və sabah keçiriləcək yarışı izləməkdir.
Ölkəmizi bu mötəbər turnirdə təmsil edən Anastasiya Papatoma fevralın 18-də saat 10:00-da (Bakı vaxtı ilə 13:00) dağ xizəyinin slalom növü üzrə yarışlarda qüvvəsini sınayacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Yaponiyalı fiqurlu konkisürənlər dünya rekordu ilə Olimpiya çempionu olublar
Yaponiyalı fiqurlu konkisürənlər Riku Miura və Ryuiti Kihara XXV Qış ... Ətraflı
Gürcüstan ilk dəfə Qış Olimpiya Oyunlarında medal qazandı
Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında medal qazanıb.
İtaliyada keçirilən ... Ətraflı