Azərbaycan nümayəndəsi VI Avropa Olimpiya Akademiyasının Konqresində iştirak edib
28 sentyabr 2024 1087
Sentyabrın 24-28-də Yunanıstanın paytaxtı Afina şəhərində VI Avropa Olimpiya Akademiyasının Konqresi keçirilib.
Konqresdə Azərbaycanı Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov təmsil edib.
AOK-un prezidenti Spiros Kapralosun, Yunanıstan Olimpiya Akademiyasının vitse-prezidenti İlias Dalanias, Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kouvelos və Avropa Olimpiya Akademiyasının prezidenti Manfred Laemmerin də iştirak etdiyi konqresində Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarından sonra Olimpiya Hərəkatının prespektiv imkanları müzakirə olunub.
Daha sonra “Olimpiya proqramı ənənə və dəyişikliklər bir hissəsi kimi”, “mövcud vəziyyət və perspektivlər”, “Paris-2024-ün irsi və dünyaya mesajı“, “Milli Olimpiya Akademiyası ilə universitetlərin birgə əməkdaşlığı” mövzusunda çıxışlar olub.
Konqresin son iş günündə Avropa Olimpiya Akademiyasının mükafatlandırma mərsimi keçirilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

