“Azərbaycan Olimpiya Evi”ndə Olimpiya çempionları ilə görüş olub
01 avqust 2024 1065
Bu gün Fransanın paytaxtı Parisdə yerləşən “Azərbaycan Olimpiya Evi”ndə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan cüdoçularımızla görüş olub.
Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, nazir müavini Mariana Vasileva, Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının qalibləri - Hidayət Heydərov və Zelim Kotsoyev və digər qonaqlar iştirak ediblər.
Görüş zamanı idamnçılarımızı qazandığı parlaq qələbə münasibəti ilə təbrik edən Çingiz Hüseynzadə bunu Azərbaycan idmanının növbəti böyük uğuru kimi qiymətləndirib. O, qeyd edib ki, qazanılan bu uğur növbəti yarış günündə mübarizə aparacaq idmançılarımız üçün də bir stimul olacaq.
Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionları Hidayət Heydərov və Zelim Kotsoyev alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.
Bənzər xəbərlər
"Olimpiya dünyası" qəzetinin əməkdaşı “Zəfər” 2025 Beynəlxalq İdman Mükafatına layiq görülüb
Yanvarın 14-də "Sportsman" jurnalının təsis etdiyi "Zəfər” 2025 Beynəlxalq İdman ... Ətraflı
AKAF-ın İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının İdarə Heyətinin 2025-ci ilin yekunları ... Ətraflı






