Azərbaycan oxatanları Avropa çempionatında növbəti mərhələyə yüksəliblər
17 fevral 2026 - 18:18 325
Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçirilən kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan millisinin üzvləri təsnifat mərhələsini uğurla başa vurublar.
Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən, Məhəmmədəli Əliyev təsnifat mərhələsində 577 xal toplayaraq 20-ci yerdə qərarlaşıb və adını 1/16 finala yazdırıb.
Gənclər (U-21) kateqoriyasında çıxış edən Fatimə Hüseynli 567 xalla 12-ci olub.
Nilufər Ağaməmmədli isə 536 xal toplayaraq turniri 31-ci sırada başa vurub və beynəlxalq reytinqdəki mövqeyini qoruyub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı