Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu olub
25 may 2024 1032
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalı qazanıb.
T13 kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, 22 yaşlı paraatletin ümumilikdə dördüncü dünya çempionluğudur. Paralimpiya çempionu yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. O, ötən il isə Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı