Azərbaycan parataekvondoçusu ilin ən yaxşısı seçilib
04 fevral 2025 978
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov “İlin ən yaxşı parataekvondoçusu” seçilib.
Taekvondo Federasiyasından verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı mundotaekwondo.com saytı tərəfindən keçirilən sosial media sorğusuna əsasən səs çoxluğu ilə nominasiyanın qalibi olub.
Bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançı Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. O, həmçinin dünya reytinqinin hazırkı lideridir. İ.Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına da layiq görülmüşdü.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı