Azərbaycan pauerliftinqçisi yeddiqat Avropa çempionu olub
20 iyun 2024 1508
Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Zaur Cəfərov Finlandiyanın Salo şəhərində AWPC/WPC versiyası üzrə keçirilmiş Avropa çempionatında qızıl medal qazanıb.
İdmançı AWPC versiyası üzrə “bench-press” hərəkətində 263 kiloqram nəticə ilə 7-ci dəfə qitə çempionu olub. O, həmçinin yeni Avropa rekorduna imza atıb və yarışın mütləq çempionu adına layiq görülüb.
Bundan başqa, Seymur Quliyev, Razim Hüseynov, Əli Əsgərov, Samir Məmmədov və Elmir Tarverdiyev də 1-ci yerə layiq görülüblər. S.Quliyev və R.Hüseynov həm də yeni Avropa rekordu müəyyənləşdiriblər.
Əli Əsgərov və Razim Hüseynov da yarışın mütləq çempionu adına yiyələniblər.
Yığmanın qadın üzvü Jalə Əzizova isə gümüş mükafatla kifayətlənib.
Bununla da Azərbaycan millisi yarışı 6 qızıl və 1 gümüş medalla tamamlayıb. Yığma komanda hesabında 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, Avropa çempionatında Finlandiya, İtaliya, İngiltərə, Fransa, Macarıstan, İrlandiya, Polşa, İsveç, Misir, Portuqaliya, Əlcəzair və digər ölkələrdən 600-ə yaxın idmançı mübarizə aparıb.
Bənzər xəbərlər
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
İyunun 30-da Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə ... Ətraflı
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
“Biz istəyirik ki, "Olimpiya Günü"ndə bütün azərbaycanlı olimpiyaçıları yad edək ... Ətraflı