Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazanıb
09 oktyabr 2024 1111
Qılıncoynatmanın şpaqa növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvü Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
Qrup mərhələsini 5 qələbə ilə başa vuran şpaqaçımız 17 yaşadək oğlanların fərdi mübarizəsində pley-offa yüksəlib. Finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gələn V.Fətullayev həlledici qarşılaşmada Filip Zimmermana (İsveç) 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qeyd edək ki, beynəlxalq turnirdə 10 ölkədən ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı