Azərbaycan qılıncoynadanları Avropa Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar
28 aprel 2024 1091
Sablya üzrə Azərbaycan millisinin üzvü Anna Başta və şpaqaçı Ruslan Həsənov Lüksemburqda keçirilən qılıncoynatma üzrə Avropa Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar.
Qrup mərhələsində keçirdiyi beş görüşü qalib başa vuran Anna Başta qadın sablyaçıların şəxsi yarışında ən güclü səkkizliyə yüksəlib.
İdmançı Polşa təmsilçisi Malgorzata Kozaczuk ilə keçirilən qarşılaşmanın gedişatında ciddi zədə aldığından görüşü davam etdirə bilməyib.
Kişi şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Ruslan Həsənov pley-offda keçirdiyi ilk görüşdə litvalı Arnas Salokasa 15-9 hesabı ilə qalib gəlsə də, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada portuqaliyalı Miguel Frazaoya eyni hesabla məğlub olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı