Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb
13 sentyabr 2024 643
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.
"Ferrari"də çıxış edən Şarl Lekler ən yaxşı nəticəni göstərib. "Red Bull"dan Serxio Peres ikinci, "Mercedes"dən Lüis Hemilton üçüncüdür.
İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen birinci olub.
"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor fərqləniblər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı