Azərbaycan rəsmiləri Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarını izləyirlər
06 avqust 2024 1110
Azərbaycan rəsmiləri Paris-2024 Yay Olimpiya Oyunlarında güləş yarışlarını izləyir.
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.
S.Süleymanov 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb. Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti mərhələyə keçən S.Süleymanov 1/4 finalda macarıstanlı Zoltan Levayla qalib gələrək adını yarımfinala yazdırıb.
M.Stadnik isə 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib. Rəqibinə 6:2 hesabı ilə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavlaya məğlub olub. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.
Görüşləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, nazir müavini Mariana Vasileva, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov və Olimpiya çempionu Fərid Mansurov da canlı izləyir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı

