Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
07 noyabr 2025 - 23:29 633
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Zəfər Günü ilə bağlı paylaşım edib.
Olympic.az xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Vətən müharibəsində əldə edilən şanlı Zəfərin beşinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Bugünkü bayramı qəhrəman xalq kimi başımız uca qeyd etdiyimizə görə bizim Prezidentimizə, cəsarətli əsgər və zabitlərimizə təşəkkür edirəm!
Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!”.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
