Azərbaycan Şahmat Federasiyası ilin yekunlarına həsr olunan tədbiri keçirib
23 dekabr 2025 - 12:29 500
Dekabrın 22-də Azərbaycan Şahmat Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunan tədbiri keçirilib.
Olympic.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və AŞF-nin prezidenti Mahir Məmmədov çıxış ediblər, eləcə də federasiyanın hesabatı dinlənilib.
Sonra beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan şahmatçıları, eləcə də il ərzində şahmatın inkişafına töhfə vermiş şəxslər təltif olunublar.
Tədbirin sonunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Respublika Şahmat Mərkəzi arasında Mərkəzdən birgə istifadəni nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov imzalayıblar.
Eyni zamanda federasiya ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında niyyət protokolu təsdiqlənib. Protokolu AŞF prezidenti Mahir Məmmədovla Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov imzalayıb.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı