Azərbaycan şahmatçısı beynəlxalq yarışda çıxış edəcək
18 yanvar 2025 453
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində "Tata Steel Chess" beynəlxalq şahmat turnirinə start veriləcək.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, şahmatçımız Aydın Süleymanlı turnirin “Challengers” yarışında çıxış edəcək. Təmsilçimiz Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin L'Ami, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.
İlk turda Aydının rəqibi yerli şahmatçı Bencamin Bok olacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı