Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazanıb
20 noyabr 2024 1077
Azərbaycan şahmatçısı Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanıb.
Qrossmeyster buna Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutmaqla nail olub.
11 turun nəticələrinə görə azərbaycanlı şahmatçılar arasında ən yaxşı nəticəni məhz R.Məmmədov göstərib. O, 7,5 xal toplayıb. Digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 22 şahmatçı təmsil edib. Yarışın qalibi 9 xal toplayan serbiyalı Aleksandar İnciç olub. Avropa çempionatında ümumilikdə 395 şahmatçı iştirak edib. 100 min avro mükafat fondu olan yarışın qalibi 20 min avro əldə edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı