Azərbaycan sərbəst güləş üzrə Avropa çempionatında ilk qızıl medalını qazanıb
11 mart 2026 - 23:01 322
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.
92 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşla qarşılaşıb. Gərgin keçən görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan Avropa çempionatında ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı