Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə təkmilləşdirmə kursu və seminar keçirilib
19 dekabr 2024 784
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə ATF-in məşq zalında milli və beynəlxalq hakimlər üçün təkmilləşdirmə kursu, yeni hakim olmaq istəyənlər üçün isə seminar keçirilib.
Ümumilikdə seminar və kursda 47 nəfər iştirak edib.
ATF-in Hakimlər komitəsinin sədri Gündüz Abdullayev və Hakimlər komitəsinin sədr müavini Aygül Abdullayevanın rəhbərliyi altında keçirilən kurs və seminar nəzəri, təcrübi hissədən ibarət olub.
Yekunda iştirakçılara ATF-in vitse-prezidenti Hikmət Səmədov tərəfindən sertifikatlar təqdim olunub. Seminar və kurs növbəti yarışlara seçim xarakteri daşıyıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı