Azərbaycan taekvondo millisində baş məşqçi dəyişikliyi olub
31 oktyabr 2024 897
Qadın taekvondoçulardan ibarət Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi edilib.
Cənubi koreyalı çalışdırıcı Sun Mi Parkla yollar ayrılıb.
Artıq 52 yaşlı mütəxəssisin yerinə yeni təyinat da olub. Yığmanın sükanı arxasına Azərbaycanın veteran taekvondoçusu Fəridə Əzizova keçib.
Qeyd edək ki, F.Əzizova İslam Həmrəylik Oyunlarının qalibi, dünya və Avropa çempionatlarının bürünc, I Avropa Oyunlarının gümüş mükafatçısıdır.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı