Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
11 dekabr 2023 912
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 kiloqram çəkidə mübarizə aparan yığma üzvü fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Z. Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Culia Qalero (İtaliya) və Melina Corciuya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçu bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq Avropa çempionatında 3-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycan millisi səfərə kişilərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanmışdı.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı