Azərbaycan taekvondoçuları beynəlxalq turnirin ilk günündə iki medal qazanıblar
25 noyabr 2024 965
Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə “Bosnia Open” beynəlxalq turnirinə start verilib.
Yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Millinin üzvlərindən Vasif Səlimov (68 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. 78 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Əliyev isə bürünc mükafat əldə edib.
Qeyd edək ki, bu gün yarışda böyük yaşlı idmançılar mübarizəyə qoşulacaqlar.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı