Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar
14 sentyabr 2024 520
Azərbaycanın gənc taekvondoçuları Latviyada keçirilən G-1 kateqoriyalı Riqa açıq birinciliyində 13 medal qazanıblar.
Yığmanın heyətində bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (48 kiloqram), Məhəmməd Həsənli (51 kiloqram), Fuad Məhərrəmli (55 kiloqram) və Elcan Əliyev (78 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yalnız finalda məğlub olan Nərgiz Kazımova (63 kiloqram) və Yunis Hüseynov (68 kiloqram) ikinci yeri tutublar.
Digər taekvondoçulardan Nilufər Borci (49 kiloqram), Sehri Cəlalova (55 kiloqram), Fatimə Həsənova (59 kiloqram), Harun Salmanzadə (51 kiloqram), Ziya Həsənli (59 kiloqram), Hüseyn Xudiyev (73 kiloqram) və Allahverdi Məmmədov (+78 kiloqram) isə bürünc mükafata layiq görülüblər.
Qeyd edək ki, milli komanda Bakıya sentyabrın 16-da qayıdacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı