Xəbərlər

Azərbaycan taekvondoçuları Tehrandakı turnirdə daha iki medal qazanıblar

16 fevral 2024 129

Azərbaycan taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində daha iki medal qazanıblar.

 

G1 kateqoriyalı yarışın son günündə Yaşar Məmmədli (68 kiloqram) və Eltac Qafarov (80 kiloqram) bürünc mükafata yiyələniblər. 

 

Bununla da yığma komanda turniri 3 bürünc medalla başa vurub. Daha öncə Rahid Vəliyev (54 kiloqram) də fəxri kürsünün üçüncü pilləsinə qalxıb. 

 

Qeyd edək ki, Azərbaycan millisi Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da təşkil olunacaq.