Azərbaycan taekvondoçularının bu il beynəlxalq yarışlarda qazandıqları medalların sayı məlum olub
01 yanvar 2025 662
Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı məlum olub.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, idmançılarımız ümumilikdə yarışlarda (27 qızıl, 25 gümüş və 52-i bürünc) 104 medal qazanıblar.
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə təmsilçilərimiz 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc medal olmaqla, ümumilikdə 11 medala sahib çıxıblar.
İlin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub.
Parataekvondo üzrə İmaməddin Xəlilov (70 kiloqram, K44) və Sabir Zeynalov (58 kiloqram, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar.
2024-cü ildə Azərbaycan Taekvondo Federasiyası daha bir yeniliyə imza atıb. Belə ki, federasiyanın təşkilatçılığı ilə kiçikyaşlı taekvondoçular arasında ilk dəfə Azərbaycan birinciliyi təşkil olunub.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı