Azərbaycan təmsilçisi İsveçrə komandasına qalib gəlib
20 iyul 2025 - 10:22 684
Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
Sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir. Kollektiv iyulun 16-da Xorvatiyaya yola düşüb.
Onlar keçirilən ilk oyunda 5:1 hesabı ilə İsveçrə komandasına qalib gəliblər.
Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyi ilə həyata keçirilir. Yarışa iyulun 25-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı