Azərbaycan tennis sahəsindəki inkişafına görə beynəlxalq mükafat qazanıb
22 mart 2026 - 20:45 301
Polşanın Qdansk şəhərində Avropa Tennis Assosiasiyasının Ümumi İllik İclası keçirilib.
Tədbirdə Azərbaycan Tennis Federasiyasının icraçı direktoru Səbirə Abdullayeva da iştirak edib.
Beynəlxalq Tennis Federasiyası tərəfindən üzv ölkələr tennis sahəsində gördükləri işlərə görə mükafatlandırılıb. Bu il Azərbaycan, Türkiyə və Malta da tennisin inkişafında göstərdiyi irəliləyişlərə görə mükafata layiq görülüblər.
Səbirə Abdullayeva bildirib ki, qazanılan nailiyyətlər yalnız fərdi deyil, bu sahədə çalışan və əlindən gələni edən hər kəsin zəhmətinin nəticəsidir. Onun sözlərinə görə, Azərbaycanda tennis sahəsində görülən işlər Beynəlxalq Tennis Federasiyasının diqqətindən kənarda qalmayıb və qurum ölkəmizin göstərdiyi səyləri yüksək qiymətləndirib.
Səbirə Abdullayeva xatırladıb ki, ötən il Avropa Tennis Assosiasiyasının Ümumi İllik İclasına keçirilən tədbirdə uzunmüddətli xidmətlərinə görə mükafatla təltif olunub. Lakin o vurğulayıb ki, bu dəfə Azərbaycanın adına təqdim edilən mükafatı qəbul edərkən hiss etdiyi qürur, sevinc və məsuliyyət hissi sözlə ifadə olunacaq qədər deyil. Qurum rəsmisi qeyd edib ki, bu mükafat yalnız idman nailiyyəti deyil, həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisidir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı