Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək
07 mart 2025 681
Azərbaycan üçüncü dəfə yeniyetmə cüdoçular arasında Avropa Kubokuna ev sahibliyi edəcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətinə istinadən, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış mayın 3-4-də Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
Acf-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkəmizin cüdo üzrə beynəlxalq turnirlərin keçirilməsində böyük təcrübə əldə etdiyini bildirib:
“Artıq ənənə halını almış yeniyetmələrin Avropa Kuboku bu dəfə fərqli regionda – Qubada baş tutacaq. Daha əvvəllər ölkəmizdə analoji turnir iki dəfə Göygöldə keçirilib. Sözügedən yarışların təşkilində əsas məqsəd yeniyetmə idmançılarımızın beynəlxalq yarış təcrübəsini artırmaqla bərabər cüdonun ölkəmizin müxtəlif regionlarında kütləviləşdirilməsinə nail olmaqdır".
Qeyd edək ki, turnirdən sonra 5-7 may tarixlərində Qubada yeniyetmə cüdoçuların beynəlxalq təlim-məşq toplanışı baş tutacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı