Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə güclərini sınayacaqlar
13 aprel 2023 908

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası beynəlxalq turnirdə öz güclərini sınayacaqlar. Üzgüçülük Federasiyasının mətbuat xidməti milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanova istinadən məlumat verilir ki, 18 idmançıdan ibarət komanda 13-16 aprel tarixlərində Macarıstanın Şopron şəhərində keçiriləcək Yeniyetmələr arasında beynəlxalq turnirdə iştirak etmək üçün bu şəhərdədirlər. Turnirdə Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya və Azərbaycan üzgüçülüəri öz güclərini sınayacaqlar:
“Bu üzgülük üzrə çox mötəbər bir beynəlxalq turnirdir. Dünyanın su idman növlərinin ən inkişaf etmiş ölkələri sırasında Azərbaycan idmançılarının da belə bir geniş tərkibdə iştirak etməsi çox qürurvericidir. Bu idmançılarımız üçün böyük beynəlxalq təcrübə olacaq. Belə turnirlərdə üzgüşülərimizin, özü də yeniyetmə üzgüçülərin öz güclərini sınamaları onları gələcəkdə güclü idmançı kimi yetişməsində çox dəstək olur. Bizə bu yarışlarda iştirakına dəstək verdiyi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımızı bildiririk ” deyə R. Əbdürrəhmanov əlavə edib.
Millinin baş məşqçisi qeyd edib ki, yarışlarda yetirmələrinin yaxşı iştirak edəcəklərinə böyük ümidləri var:
“Bir müddət əvvəl bu yeniyetmələrlə bir neçə dəfə təlim məşq toplantılarında ümumi məşqlər keçirilib. Onlar üçün bu beynəlxalq turnir çox yaxşı təcrübə olacaq. İnanırıq ki, üzgüçülərimiz bu turnirdə yaxşı nəticələr göstərməyə çalışacaqlar” deyə baş məşqçi vurğulayıb.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı