Azərbaycan Üzgüçülük Federasiyası əməkdaşlıq memorandumu imzalayıb
11 dekabr 2024 1114
Azərbaycan Üzgüçülük Federasiyası (AÜF) qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıb.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindənverilən məlumata görə, idmançıların və məşqçilər heyətinin psixoloji, fiziki və zehni sağlamlığını dəstəkləmək, onların şəxsi və peşəkar inkişafını təşviq etmək məqsədilə ölkənin aparıcı psixoloji və kouçinq mərkəzi olan "İnsun" Yaşam Mərkəzi ilə razılaşma əldə olunub.
Sənədə əsasən, federasiyanın tərkibində olan su idman növləri ilə məşğul olan milli komandanın üzvləri bu mərkəzdə davamlı olaraq xüsusi seminar və seanslarda iştirak edəcək, yarışlar öncəsi psixoloji durumlarının daha da yaxşılaşdırılması üçün xüsusi təlimlər keçəcəklər.
Əməkdaşlıq memorandumunun imzalanması mərasimində "İnsun" Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova, AÜF-nin vitse-prezidenti Tamerlan Abdullazadə və baş katib Fəxri Həsənov iştirak ediblər.Görüş zamanı qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı