Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
29 sentyabr 2026 - 15:08 25
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları ictimaiyyətə təqdim olunub.
Federasiyanın yeni maskotları “Araz”, “Damla” və “Xəzər” adlanır. Maskotlar ən kiçik üzgüçülük həvəskarlarından peşəkar idmançılara qədər hər kəsin suya olan sevgisinin simvolu kimi təqdim edilir.
Qəhrəmanların əsas məqsədi su ehtiyatlarından səmərəli istifadənin və suya qənaətin əhəmiyyətinə diqqət çəkmək, eləcə də Xəzər dənizinin səviyyəsinin azalması məsələsini diqqətdə saxlamaqdır.
Federasiyadan bildirilib ki, su həyat mənbəyidir və onun, eləcə də Xəzər dənizinin qorunması hər kəsin üzərinə düşən məsuliyyətdir.
Qeyd edək ki, “Araz”, “Damla” və “Xəzər” ilə tanışlıq oktyabrın 1-3-də Bakıda keçiriləcək Dünya Kuboku zamanı mümkün olacaq.
Bənzər xəbərlər
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokunda iştirak edəcək idmançı sayı ... Ətraflı
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni ... Ətraflı