Xəbərlər

Azərbaycan üzgüçülük komandası Latviyada qızıl medal əldə edib

04 mart 2024 129

Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət millisi Latviyanın paytaxtı Riqada keçirilən yarışda uğurlu nəticə qazanıb.

Kişi üzgüçülərimiz 200 metr məsafədə sərbəst üsulda üzmədə ən yüksək nəticə göstərərək komanda şəklində turnirin qalibi olublar.

Bundan başqa, şəxsi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş, 200 metr estafetdə sərbəst üsulda qızıl, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş, 200 metr estafetdə sərbəst üsulda qızıl, Səid Həmidov 200 metr məsafədə qarışıq üsulda 3 bürünc, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl, Mehri Əbdürrəhmalı 200 metr məsafədə batterflay üsulunda bürünc əldə ediblər.

Süleyman İsmayılzadə və Mehri Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Qeyd edək ki, yarışa rekord sayda-760 idmançı qatılıb.