Azərbaycan üzgüçüsü Dünya Su İdmanı Çempionatında iştirak edir
13 fevral 2024 935
Üzgüçülük idman növü üzrə Azərbaycan Milli komadasının kapitanı Ramil Vəlizadə B kateqoriyalı lisenziya qazanaraq Qətərin Doha şəhərində keçirilən Dünya Su İdmanı Çempionatında iştirak edir.
Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun sözlərinə görə fevralın 2-dən 18-dək keçirilən və 190 ölkədən 2600-ə yaxın elit idmançını bir araya gətirən çempionat Aspire Dome, Hamad Aquatic Centre və Köhnə Doha Limanıda təşkil olunub.
Üzgüçümüz bu gün 200 metr məsafədə batterfly, fevralın 16-da isə 100 metr məsafədə batterfly üsulunda gücünü sınayacaq.
ABŞ, Kanada, Avstaliya, Niderland, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, İspaniya, Yaponiya, İsveçrə, Braziliya kimi dövlətlərin güclü idmançılarının da qatıldığı yarışda hazırda 25 medalla Çin liderlik edir. Avstriya 10 medalla ikinci, ABŞ idmançıları 7 medalla 4-cü yeri tutur.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı

