Azərbaycan və Almaniyanın milli antidopinq agentliklərinin rəhbərliyi arasında görüş olub
05 fevral 2025 824
Almaniyanın Milli Antidopinq Agentliyi (NADA Almaniya) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyi arasında Bonn şəhərində fikir mübadiləsi məqsədilə görüş keçirilib.
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə strategiyalar, təhqiqat və araşdırmalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi haqqında müzakirələr aparılıb. “NADA Almaniya”
AMADA-nın təhqiqat və araşdırmalar sahəsində fəaliyyətinin daha da inkişaf etdirilməsinə fəal dəstək göstərir.
Ümumdünya Antidopinq Agentliyinin (WADA) “WADA Partner Proqramı” çərçivəsində ötən il “NADA Almaniya” və AMADA tərəfdaşlığa başlayıb. Bu proqramın məqsədi dünyada antidopinq sahəsində vahid standartların təşviq edilməsidir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı