Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
01 oktyabr 2026 - 19:12 106
Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə Dünya Kubokunun təntənəli açılış mərasimində Azərbaycan və Bakı xüsusi mükafata layiq görülüb.
Bu barədə Beynəlxalq Üzgüçülük Federasiyasının (World Aquatics) prezidenti Hüseyn Əl-Müsəlləm çıxışı zamanı məlumat verib.
“Ətraf mühitin qorunması istiqamətində göstərdiyi uzunmüddətli səylərə görə Bakı şəhərinin və Azərbaycanın Dünya Akvatika Fondunun Ekoloji Mükafatına (World Aquatics Foundation Environmental Award) layiq görüldüyünü elan etməkdən və təbrik etməkdən böyük şərəf duyuram”, - deyə Hüseyn Əl-Müsəlləm bildirib.
Daha sonra Hüseyn Əl-Müsəlləm mükafatı Azərbaycan ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılova və Dünya Akvatika Fondunun prezidenti Deyl Nöubergerə təqdim edib.
Qeyd edək ki, Dünya Kubokunun Bakı mərhələsinə oktyabrın 3-də yekun vurulacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı