Azərbaycan və dünya qılıncoynatmasının canlı əfsanələrindən sayılan Yaşar Məmmədovun 90 illik yubileyi qeyd olunub
03 avqust 2025 - 16:20 654
Azərbaycan və dünya qılıncoynatmasının canlı əfsanələrindən sayılan, bu idman növünün ölkəmizdə inkişafında müstəsna xidmətləri olan, yetirmələri ilə dəfələrlə olimpiya zirvələrini fəth etmiş Yaşar Məmmədovun 90 illik yubiley mərasimi keçirilib.
Tədbirdə mütəxəssisin 90 illik həyat yolu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov və digər qonaqlar “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, 2014-cü ildə adı Beynəlxalq Qılıncoynatma Federasiyasının Şöhrət Zalına daxil edilən Yaşar Məmmədovla bağlı xatirələrini bölüşərək, yubilyarın ad gününü təbrik ediblər.
Azərbaycan idman ictimaiyyətinin tanınmış simalarının iştirak etdiyi tədbir bədii hissə ilə davam edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı




