“Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masa təşkil edilib
05 mart 2025 692
Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masa təşkil edilib.
Dəyirmi masada Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, ölkəmizdə səfərdə olan Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek, eləcə də hər iki ölkənin qabaqcıl universitetlərinin rektorları iştirak ediblər. Tədbirdə Azərbaycan Qazaxıstan arasında ali təhsil sahəsində qarşılıqlı ikili diplom proqramlarının effektiv tətbiqi, innovasiya, elmi tədqiqat və qarşılıqlı mübadilə proqramlarının genişləndirilməsi mövzuları müzakirə edilib.
Daha sonra hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə qarşılıqlı anlaşma memorandumlarının imzalanma mərasimi keçirilib. Bu çərçivədə Azərbaycan İdman Akademiyası ilə Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, sözügedən tədbirdə ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı