Azərbaycan velosipedçilərinin bu il iştirak edəcəyi daha 3 beynəlxalq yarış dəqiqləşib
30 yanvar 2025 914
Azərbaycan velosipedçiləri bu il bir sıra beynəlxalq turnirlərdə iştirak edəcəklər.
Bu barədə Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva məlumat verib.
Onun sözlərinə görə, idmançıların çıxış edəcəyi daha üç yarış dəqiqləşib: “Bunlar Avropa Gənclər Olimpiya Festivalı, Avropa çempionatı və Balkan açıq çempionatıdır. Yarışların məkanı və yeri barədə yaxın vaxtlarda məlumat veriləcək. Turnirlər təkcə bununla bitməyəcək, daha bir neçə yarışda iştirak etmək planımız var. Bu il Azərbaycan velosipedi üçün zəngin olacaq”.
Baş katib bildirib ki, bu cür yarışların təşkili velosipedçilərin hazırlıq səviyyəsinin yüksəlməsinə kömək edəcək.
Qeyd edək ki, Azərbaycan velosipedçiləri bu il Səudiyyə Ərəbistanında təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunları və Azərbaycanda keçiriləcək III MDB Oyunlarında da mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı