Azərbaycan velosipedçisi Qazaxıstanda daha bir medal əldə edib
19 may 2025 588
Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib.
Velosiped Federasiyasının mətbuat xidmətinə istinadən, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.
2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçimiz omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakşı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala yiyələnib.
Qeyd edək ki, M.Hüseynova daha əvvəl bu yarışda 200 metr məsafəyə sprint üzrə də bürünc medal əldə etmişdi.
Bənzər xəbərlər
Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı: 4 mərhələ, 4 fərqli qalib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında ... Ətraflı
AGF-də yeni Komitə təsis edilib
Azərbaycan Güləş Federasiyasının (AGF) Etika və İntizam komitəsi təsis edilib.
AGF-nin ... Ətraflı