Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb
08 noyabr 2025 - 13:53 551
Azərbaycan komandası Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb.
Komandamızın həyətində Nuray Əbilova (48 kq) ağırlıqqaldırma yarışlarında üç bürünc medala sahib olub.
15 yaşlı idmançımız birdənqaldırma hərəkətində 65 kq və təkanlaqaldırma hərəkətində 79 kq ağırlıqların öhdəsindən gəlib. Beləliklə Nuray bu gün hər iki nəticəyə görə üçüncü yerə layiq görülüb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı




