Azərbaycan Voleybol Federasiyası məşqçi-müəllimlər üçün kurs təşkil edəcək
09 iyul 2025 - 16:51 553
Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.
Bu barədə AVF-nin mətbuat xidmətindən məlumat verilib.
Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutacaq kursda qurumun Naxçıvan filialının tərkibinə daxil olan şəhər və rayonlardan məşqçi-müəllimlər iştirak edəcəklər.
Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri federasiyanın Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, kurslar iyulun 14-20-si aralığında təşkil olunacaq. 2024-cü ildə Qəbələdə (9-12 avqust), Sumqayıtda (21-26 sentyabr) və Bakıda (7-22 dekabr) “1-ci dərəcə” məşqçi kursları keçirilib. AVF tərəfindən digər bölgələrdə də kurslar təşkil olunacaq. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı