Xəbərlər

Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin iclası keçirilib

12 aprel 2023 306

Görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.  Tədbiri giriş sözü ilə qurumun prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq Baş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin Baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Çıxışçılar voleybolun inkişafı ilə bağlı müzakirələr aparıblar, federasiyanın qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışıblar. Bildirilib ki, bu istiqamətdə yeni layihələr hazırlanmalı və voleybolun ölkəmizdə populyarlığının daha da artırılması üçün bir sıra işlər görülməlidir.

İdarə Heyəti çıxışlar və müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edib.