Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb
05 iyun 2025 941
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) Avropa Gümüş Liqasının oyunlarına təyinat alıb.
AVF-dən verilən məlumata görə, M.Frişman qadın voleybolçular arasında təşkil olunacaq yarışın ikinci turunda iştirak edəcək. O, iyunun 6-8-də Gürcüstanda baş tutacaq matçlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, turnirdə ev sahibi Gürcüstanla yanaşı, Lüksemburq və Latviya komandaları da mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı