Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
07 yanvar 2025 894
Azərbaycan Voleybol Federasiyasının (AVF) “Təlim və aşağı yaş qrupları üzrə iş” şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
AVF-dən verilən məlumata görə, o, yanvarın 8-də qadın voleybolçular arasında Çempionlar Liqasının B qrupu çərçivəsində baş tutacaq Almaniyanın “Palmberq Şiverin” və Fransanın “Levallois Paris Saint Cloud” komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Almaniyanın Şiverin şəhərində təşkil olunacaq qarşılaşmanın hakimləri ispaniyalı Rodriges Maçin Mariya de las Olas və polşalı Mixliç Aqneşkadır.
Qeyd edək ki, N.İsmayılova Avropa Voleybol Konfederasiyası bayrağı altında keçirilən oyunlarla yanaşı, bu ildən etibarən Beynəlxalq Voleybol Federasiyası tərəfindən keçiriləcək yarışlara da supervayzer kimi təyinat alacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı