Azərbaycan voleybol millisi Avropa Gümüş Liqasındakı oyunları üçün İsveçə yola düşüb
05 iyun 2025 780
Avropa Gümüş Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, yığma yarışdakı ilk oyununu iyunun 6-da ev sahibi İsveç millisinə qarşı keçirəcək. Komandanın növbəti qarşılaşması isə bir gün sonra baş tutacaq. Rəqib Gürcüstan kollektivi olacaq.
Qeyd edək ki, Fərid Cəlalovun rəhbərlik etdiyi komandanın Avropa Gümüş Liqasındakı ikinci tur oyunları 13-15 iyun tarixlərində Azərbaycanda, üçüncü tur isə 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı