Xəbərlər

Azərbaycan voleybol yığmalarının Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi bəlli olub

10 mart 2025 448

Voleybol üzrə Avropa Qızıl və Gümüş Liqalarında iştirak edəcək qadınlardan və kişilərdən ibarət Azərbaycan milli komandalarının oyunlarının təqvimi bəlli olub.

 

Azərbaycan Voleybol Federasiyasından bildiriblər ki, reqlamentə əsasən, hər iki yarış üç turdan ibarət olacaq. Bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq kollektivlər “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin seçməsi iştirak edəcək.

 

Avropa Qızıl Liqasında çıxış edəcək qadınlardan ibarət millimizin rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya seçməsi olacaq.

 

Avropa Gümüş Liqasında çıxış edəcək kişilərdən ibarət yığmamız isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları komandalarına qarşı mübarizə aparacaq.

 

Qeyd edək ki, qadınların yarışının ilk turu, kişilərin mübarizəsinin isə ikinci turu Bakıda baş tutacaq.

 

Azərbaycan yığmalarının oyunlarının təqvimi

 

Avropa Qızıl Liqası (qadınlar)

 

I turnir (Azərbaycan)

 

30 may

18:00. Macarıstan - Azərbaycan

 

31 may

18:00. Sloveniya – Macarıstan

 

1 iyun

18:00. Azərbaycan – Sloveniya

 

İlk turnirin oyunları Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

 

II turnir (Slovakiya)

 

6 iyun

20:00. Azərbaycan – Slovakiya

 

7 iyun

18:00. Monteneqro – Azərbaycan

 

8 iyun

18:00 Slovakiya – Monteneqro

 

III turnir (Xorvatiya)

 

13 iyun

16:30. Azərbaycan - Xorvatiya

 

14 iyun

16:30. Rumıniya - Azərbaycan

 

15 iyun

16:30. Xorvatiya – Rumıniya

Avropa Gümüş Liqası (kişilər)

 

I turnir (İsveç)

 

6 iyun

17:00. Azərbaycan - İsveç

 

7 iyun

17:00. Gürcüstan - Azərbaycan

 

8 iyun

17:00. İsveç – Gürcüstan

 

II turnir (Azərbaycan)

 

13 iyun

18:00. Lüksemburq - Azərbaycan

 

14 iyun

18:00. Macarıstan – Lüksemburq

 

15 iyun

18:00. Azərbaycan - Macarıstan

 

III turnir (Farer adaları)

 

20 iyun

19:00. Azərbaycan - Farer adaları

 

21 iyun

17:00. Avstriya – Azərbaycan

 

22 iyun

17:00. Farer adaları – Avstriya

 

Oyunların başlama saatı yerli vaxtla göstərilib.